VEKTOR

Xəbərlər

ELÇİN İSGƏNDƏRZADƏNİN  ALMANİYADA NÖVBƏTİ KİTABI ÇAP OLUNUB

ELÇİN İSGƏNDƏRZADƏNİN ALMANİYADA NÖVBƏTİ KİTABI ÇAP OLUNUB

Elçin İsgəndərzadənin Almaniyanın Köln şəhərində “Edition Winterwork” nəşriyyatı tərəfindən “Etude of Karabakh” (Qarabağ etüdləri) kitabı ingilis dilində nəfis şəkildə çap edilmişdir. Kitabı yayına Orhan Aras hazırlamışdır. Kitabda şairin Qarabağ mövzusunda yazdığı son şeirləri və 15 poeması yer almışdır. Kitab Almaniyanın Milli Kitabxanasına, eyni zamanda Avstriya, İsveçrə, Fransa, Belçika və Lüksemburqun kitabxanalarına göndərilmişdir. Kitab Beynəlxalq Frankfurt, Leypsik və İstanbul kitab sərgilərində nümayiş etdirilmişdir. “Qarabağ etüdləri” Elçin İsgəndərzadənin Almaniyada çap olunmuş ikinci kitabıdır. Şairin bundan öncə 2011-ci ildə Berlində “Ölkələr, insanlar, sevdalar” adlı kitabı çap olunmuşdur. Xatırladaq ki, professor Elçin İsgəndərzadənin indiyə …
Ətraflı
ELÇİN İSGƏNDƏRZADƏ YUSUF BALASAQUN MEDALI İLƏ TƏLTİF OLUNDU

ELÇİN İSGƏNDƏRZADƏ YUSUF BALASAQUN MEDALI İLƏ TƏLTİF OLUNDU

Fevralın 9-da Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının baş katibi, professor Düsen Kaseinov və Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmirin Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov və universitetin müəllim-tələbə heyəti ilə görüşü keçirilib. Görüşdə Xalıq Yahudov hər iki qonağı salamlayıb və Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının fəaliyyəti haqqında danışıb. Daha sonra Düsen Kaseinov və Cihan Özdəmir çıxışlarında rəhbərlik etdikləri qurumların gördüyü işlər haqqında ətraflı məlumat veriblər. Çıxışlarda Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının türkdilli ölkələrin mədəniyyət  səylərini birləşdirən beynəlxalq təşkilat olduğu və bu təşkilat vasitəsilə türkdilli ədəbiyyatın dünyaya yayılması vurğulanıb. …
Ətraflı
TÜRKÜSTANDA “MOLLA PƏNAH VAQİF İLİ”

TÜRKÜSTANDA “MOLLA PƏNAH VAQİF İLİ”

Türk dünyasının ünlü şairləri Molla Pənah Vaqifin 300 illik yubileyini 24-27 avqust 2017-ci il tarixində Türküstanda qeyd ediblər. Məlum olduğu kimi, TÜRKSOY təşkilatı, o cümlədən UNESCO tərəfindən XVIII əsr Azərbaycanın klassik şairi, böyük söz ustadı, ictimai-siyasi xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar 2017-ci il  “Molla Pənah Vaqif ili” elan olunub. Bu münasibətlə dünyanın müxtəlif yerlərində böyük şairə həsr olunmuş tədbirlər düzənlənir. “Vaqif ili”  çərçivəsində “Türk Dünyası şairlər buluşması” adlı tədbir 24-27 avqust tarixində TÜRKSOY-un təşkilatçılığı TİKA-nın dəstəyi, Dünya Yazarlar və Aydınlar Dərnəyi, Xoca Ahmet Yasəvi Universiteti, …
Ətraflı
ZƏLİMXAN YAQUBUN BÜSTÜNÜN AÇILIŞI OLDU

ZƏLİMXAN YAQUBUN BÜSTÜNÜN AÇILIŞI OLDU

Yanvarın 9-da Fəxri xiyabanda Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub. Mərasimdə Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak edib. Akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışını Zəlimxan Yaqubun ruhuna müraciətlə başlayaraq onun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışıb: “Əziz qardaşım, böyük şair, səninlə ayrılığın bir ilinin tamamında, abidəyə çevrilərək millətə qayıtdığın bu anlarda çıxışımı sənə müraciətlə başlayıram. Bura elə bir məkandır ki, burada Azərbaycanın böyük şəxsiyyətləri uyuyur. Sən də müqəddəs Vətən torpağına burada qovuşmusan. …
Ətraflı
↑