
Tarix və Etnologiya İnstitutunda Şuşa foto-sərgisi maraqla qarşılanır
Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu elmi konfrans, seminarlar keçirir, kitablar işıq üzü görür, institut əməkdaşları məqalələr dərc edir, müxtəlif tədbirlər təşkil olunur.
Ötən il Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən şəhərimizə xüsusi ehtiramın ifadəsidir.
Bu …
Ətraflı


