
ŞAHMAR ƏKBƏRZADƏ ADINA BEYNƏLXALQ ƏDƏBİYYAT MÜKAFATININ YENİ LAUREATLARI MƏLUM OLDU
Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının bu il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.
Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə bu ilki laureatların siyahısı Eli Bar-Yaalom (İsrail), Vahid Əziz, Balayar Sadiq, Rəfail Tağızadə, Əlirza Həsrət və Vüsal Ağadan ibarətdir.
Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 24 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir. …
Ətraflı


