VEKTOR

Xəbərlər

ŞAHMAR ƏKBƏRZADƏ ADINA BEYNƏLXALQ ƏDƏBİYYAT MÜKAFATININ YENİ LAUREATLARI MƏLUM OLDU

ŞAHMAR ƏKBƏRZADƏ ADINA BEYNƏLXALQ ƏDƏBİYYAT MÜKAFATININ YENİ LAUREATLARI MƏLUM OLDU

Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının bu il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb. Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə bu ilki laureatların siyahısı Eli Bar-Yaalom (İsrail), Vahid Əziz, Balayar Sadiq, Rəfail Tağızadə, Əlirza Həsrət və Vüsal Ağadan ibarətdir. Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 24 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir. …
Ətraflı
TÜBİTAK başqanı Hasan Mandal akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

TÜBİTAK başqanı Hasan Mandal akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: “İlk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağı kimi mühüm tədbirdə institutlarımız arasında əlaqələri müzakirə etmək və təqdimatla çıxış etmək üçün səmimi dəvətinizə və Azərbaycanda olduğum müddətdə qonaqpərvərliyinizə görə dərin məmnunluğumu bildirmək istəyirəm. Eyni zamanda sizə və səfərim zamanı əməyi olan bütün digər dəyərli rəsmilərə səmimi təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında elmi-texniki əlaqələr “Bir millət, iki dövlət” yanaşması ilə yüksək inkişaf səviyyəsinə çatıb. Bu inkişafın əldə edilməsində Qurumumuzla AMEA …
Ətraflı
“Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans işə başlayıb

“Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Martın 14-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edir. AzərTac xəbər verir ki, konfransda mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti …
Ətraflı
Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə 2024-cü ildə Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49)) elan edir. Gənclər üçün yaşıl təhsil; ekoloji şüurun və həmrəyliyin təşviqi; gənclər və dairəvi iqtisadiyyat: tullantıların azaldılması və resurs həmrəyliyi üçün strategiyalar; yaşıl innovasiya mərkəzləri: ətraf mühit problemləri üçün gənclərin rəhbərlik etdiyi …
Ətraflı
↑