“Vektor” Beynəlxalq Elmlər Akademiyası 12 ildir ki, ənənəvi olaraq hər ilin ədəbi yekunlarına görə yerli və xarici yazarlara Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı təqdim edir.
Hər il laureatların kitabları “Vektor” tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.
Bu günlərdə ötən ilki laureatlardan Kəmaləddin Qədimin “Yaşamaqda nə varsa...” və Ədalət Əsgəroğlunun “Haqdan gələn gözəl gəlir” adlı kitabları yayınlanıb.
Mükafat komissiyasının qərarı ilə 2012-ci ilin nəticələrinə görə Hasan Ahmet (Yunanıstan), Paşa Qəlbinur və Narıngül bu mükafata layiq görülüblər.
Xatırladaq ki, indiyədək Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı xarici ölkə şairlərindən Yavuz Bülənt Bakilər (Türkiyə), Muxtar Şahanov (Qazaxıstan), Nadırbek Alımbekov (Qırğızıstan), Sergey Qrabar (Ukrayna), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Branko Svetkoski (Makedoniya), Azərbaycan şairlərindən Akif Səməd, Qulu Ağsəs, Zəlimxan Yaqub, Çingiz Əlioğlu, Rəşad Məcid, Sabir Rüstəmxanlı, Əlisəmid Kür, Tofiq Abdin, Vaqif Bəhmənli və digər şairlərə təqdim olunub.
“VEKTOR” BEA Mətbuat Xidməti