Xəbərlər

POLŞADA XI. BEYNƏLXALQ POEZİYA FESTİVALI BÖYÜK UĞURLA KEÇİRİLDİ

POLŞADA XI. BEYNƏLXALQ POEZİYA FESTİVALI  BÖYÜK UĞURLA KEÇİRİLDİ

Aprelin 11-dən 17-dək UNESCO-nun dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində XI. Beynəlxalq Poeziya festivalı keçirilib. Festivalda Azərbaycanı professor, şair Elçin İsgəndərzadə, Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva və aşıq Sevil Xıdırova təmsil edib. Festivala dünyanın 20-dən çox ölkəsindən ədəbiyyat və sənət adamları qatılıb. Azərbaycan bu festivalın fəxri qonağı olub. Azərbaycan sənətçiləri 6 gün ərzində Varşava və ona yaxın şəhərlərdə konsert proqramı ilə çıxış ediblər. Azərbaycan sənətçilərin çıxışları çox böyük maraqla qarşılanıb. Festivalın sonuncu günü səfir Həsən Həsənovun iştirakı ilə konfrans təşkil edilib.

Festivalın açılış mərasimində Prof. Dr. Elçin İsgəndərzadənin görkəmli polyak şairi Aleksander Navrotskinin tərcüməsində işıq üzü görmüş “Gwiazda mojeğo losu” (“Taleyimin ulduzu”) kitabının təqdimatı keçirilib və azərbaycanlı şairə UNESCOnun “Yantar” medalı təqdim olunub.

↑