03 iyul 2010-cu il tarixində Bursa Yıldırım Bələdiyyəsinin önündə Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının təntənəli açılış mərasimi oldu. Diplomatik korpus nümayəndələri, Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskin, Prof. Dr. Elçin İsgəndərzadə, Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyi başqanı İbrahim Demirtaş, Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət və çox sayda ictimai-siyasi xadimlərin qatılımı ilə gerçəkləşən tədbirdə öncə mehtər marşları səsləndi, ardından da rəsmi çıxışlar edilməklə yeddi bağımsız Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları göylərə çəkildi. Bunun ardından da Bursa sakinlərinin geniş qatılımı ilə ünlü ozan Araz Elsəsin konserti verildi. Araz Elsəsin konserti daha bir ünlü sənətçi Orhan Hakalmazın konserti ilə davam etdirildi.
Xəbərlər