Bu günlərdə «Vektor» Beynəlxalq Elm Mərkəzinin prezidenti professor Elçin İsgəndərzadənin İraqın Kərkük şəhərində ərəb dilində «Könlümün türküləri» adlı şeir kitabı çap olunub.
Kitabı ərəb dilinə Türkmən Qardaşlıq Ocağının sədri, İraq Ədəbiyyatçılar Birliyinin üzvü, şair Dr. Faruk Faik Köprülü tərcümə edib.
Kitaba yazdığı ön sözdə F. Köprülü Azərbaycanlı şairin yaradıcılığını geniş təhlil edərək onun şeirlərinin Qarabağ göynəltisinin Türkmənelində yaşanan son illərin məşəqqətləri ilə eyniliyindən bəhs edib.
Kitaba şairin müxtəlif illərdə yazdığı türkü-şeirləri və son poemaları daxil edilib.
Professor E. İsgəndərzadə eyni zamanda Türkməneli Yazıçılar Birliyinə üzv qəbul olunub.
Xatırladaq ki, «Könlümün türküləri» kitabı şairin Türkiyə, Rusiya, İran, Ukrayna, Bolqarıstan, Rumıniya, Qırğızıstan, Quzey Kıbrıs, Suriya kimi xarici ölkələrdə çap olunmuş sayca 20-ci kitabıdır.