13 dekabrda «Vektor» Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə əvvəlcə «Vektor» tərəfindən yayınlanmış ötənilki laureatlar – Orxan Arasın «Son cənnət» romanı, Adil Şirinin «Laçın şikəstəsi» şeirlər və poemalar kitabı, «Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının şeir antologiyası» kitabı təqdim olunmuşdur.
Mükafat komissiyasının qərarı ilə bu il Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı Branko Svetkoski (Makedoniya), Elçin Hüseynbəyli və Sevinc Mürvətqızına təqdim edilmişdir.