Xəbərlər

STRUQA BEYNƏLXALQ POEZİYA FESTİVALINA DƏVƏT

STRUQA BEYNƏLXALQ POEZİYA FESTİVALINA DƏVƏT

Professor Elçin İsgəndərzadə 20-25 avqust tarixlərində Makedoniyanın Skopye və Struqa şəhərlərində keçiriləcək 47-ci Struqa Beynəlxalq Poeziya Festivalına dəvət alıb.

Dəvət məktubunu imzalayan 47-ci Struqa Beynəlxalq Poeziya Festivalının prezidenti İljaz Osmani professor Elçin İsgəndərzadəyə dünya poeziyasının gəlişməsinə göstərdiyi xidmətlər üçün dərin təşəkkürlərini bildirərək, bu xidmətlərə görə onu «Dünya Şairlər Ensiklopediyası»na daxil etdiklərini qeyd edib.

Xatırladaq ki, Struqa Beynəlxalq Poeziya Festivalı 1962 - ci ildə təsis olunmaqla bu gün dünyada fəaliyyət göstərən bütün poeziya festivallarının ən birincisidir.

Hər il ədəbiyyat üzrə beşədək Nobel mükafatçısının qatıldığı bu festivalda bir nəfər şairə festivalın qızıl mükafatı təqdim olunur. İndiyədək bu mükafata Robert Rozdestvenski, Bulat Okucava, Pablo Neruda, Rafael Alberti, Andrey Voznesenski, İosif Brodski, Adonis, Mahmud Dərviş və digər dünyaca ünlü şairlər layiq görülmüşlər.

Türk dünyası şairləri içərisində bu mükafata yalnız Fazil Hüsnü Dağlarca (Türkiyə) 1974-cü ildə sahiblənmişdir.

↑