Xəbərlər

PROFESSOR ELÇİN İSGƏNDƏRZADƏ TÜRKİYƏ YAZARLAR SENDİKASINA ÜZV SEÇİLMİŞDİR  

PROFESSOR ELÇİN İSGƏNDƏRZADƏ TÜRKİYƏ YAZARLAR SENDİKASINA ÜZV SEÇİLMİŞDİR  

1-7 may tarixlərində Türkiyənin Antakya şəhərində 3 qitə, 15 ölkə yazar və    şairlərinin iştirakı ilə II Beynəlxalq Çuxurova Ədəbiyyat Festivalı keçirilmişdir. 150-dək söz adamının qatıldıqları bu toplantıda təşkilat komitəsinin üzvü olaraq Azərbaycanı şair, professor Elçin İsgəndərzadə təmsil etmişdir. Beynəlxalq tədbirin açılış mərasimində professor E.İsgəndərzadəyə Türkiyə Yazarlar Sendikasının üzvlük vəsiqəsi təqdim olunmuşdur.  Xatırladaq ki, o, bu ədəbi quruma xalq yazıçısı Anardan sonra seçilmiş ikinci azərbaycanlıdır. 

↑