Xəbərlər

«TÜRKÇEM» DƏRGİSİ

«TÜRKÇEM» DƏRGİSİ

Aylıq populyar çocuq dərgisi olan «Türkçem» dərgisi Balkanlarda – Kosovada Türk dilinin qorunub saxlanmasının məhək daşlarından biridir. Dərgi Kosova çocuq kültürü və ədəbiyyatı araşdırma dərnəyinin aylıq yayın orqanıdır. «Türkcəm» dərgisinin sahibi və yazı işləri müdiri «Vektor» Beynəlxalq Elm Mərkəzinin Fəxri doktoru və Kosova təmsilçisi, Türk dünyasının məhşur rəsam-şairi Zeynel Beksaçdır. Dərginin yazı kurulunda Meserret Brina, Nebilə Laçın, İskəndər Muzbeg, Fəyyaz Sağlam, Prof. Dr. Elçin İsgenderzade, Fikri Şişko, Liriye Diço, Şefkat Kaçanik, Taner Güçlütürk, Sadık Koro, Suphi Mazrek kimi dəyərli aydınlar yer almışdır. «Türkcəm»in hər sayısını bir çocuq ədəbiyyatı bayramına bənzətmək olar. Dərgidə çocuqların anlaya biləcəkləri bir dillə hər sayda Türk dili, Türk tarixi və Türk mədəniyyəti haqqında çox zəngin aə dəyərli bilgilər verilir. Dərginin səhifələrində xüsusilə Balkan yazarlarının Türkiyənin və Türk dünyasının şair və yazıçılarının uşaqlara həsr etdikləri əsərlər yer almaqdadır. «Türkcəm» dərgisi hər il bir nəfərə «İlin ödülü» Beynəlxalq mükafatı verir. 2006-cü ildə bu mükafata dərgimizin baş redaktoru  Prof. Dr. Elçin İsgəndərzadə layiq görülmüşdür.

Sevgili çocuqlarımızın və hamımızın sevimli dərgisi olan «Türkcəm»in yubiley – səksəninci sayı işıq üzü görmüşdür. Bu münasibətlə çocuqlarımızın görüş yeri olan dərginin bütün yazarlarını ürəkdən təbrik edir və kutsal türkcəmizin Balkanlarda əbədi yürüməsi işindəki fədakarlıqlarında böyük uğurlar arzulayırıq.

↑