Course Image

«BİZİM KÜMBƏT»İN YENİ ŞÖHRƏTİ

  • Tarix 2020-04-08 11:44:19

«Bayatı»nın dünyanın müxtəlif ölkələrində yayınlanan onlarla qardaş dərgiləri var. Haqqında danışmaq istədiyimiz «Bizim kümbət» dərgisinin sələfi Tokat ünvanlı «Kümbət» dərgisidir. Tokatlı yazarlar Osman Baş və Emin Ulunun böyük fədakarlığı sayəsində yenidən «Bizim kümbət» adı ilə nəşrə başlayan dərginin artıq iki sayı işıq üzü görüb. Dəyərli qardaşımız Osman Başın təbirincə desək «sevdası türkü olanların» görüş yerinə çevrilən «Bizim kümbət» az bir zamanda bütün Türk dünyası aydınlarının diqqət mərkəzinə gəlib.

Çox təbii ki, yayın danışmanları Prof. Dr. Sadıq Kemal Tural, Yavuz Bülənt Bakilər, Yəhya Akəngin, Burhan Kaçar olan dərginin taleyi məhz bu cür olmalıydı.

Oxucularımıza çox yaxından tanış olan İsa Kayacan, Hayrettin İvgin, Tamilla Abbasxanlı, Ülviyyə Savtur, Həsən Akar və digər Türk dünyası aydınlarının yayın kurulunda yer aldığı dərginin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmə­nis­tan, Kosova, Makedoniya, Bolgarıstan, Rumıniya, Quzey Kıbrıs, Qaqauz Yeri, Krım və digər ölkələrdə təmsilçilikləri var.

Dərginin hər iki sayında Azərbaycanla ilgili və eyni zamanda azərbaycanlı şair və yazarların yazılarına xüsusi yer ayrılmışdır.

Qardaş dərginin bütün yaradıcı heyətinə böyük uğurlar arzulamaqla sevdası türkü olanların sevilən dərgisi imicini həmişə  özündə sax­la­ya­ca­ğı­na inanırıq.