Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Vakfı olan KIBATEKin yaranma ideyası 1998-ci ilin martında Doğu Ağdəniz Universiteti Kıbrıs Araşdırmaları Mərkəzinin təşkil etdiyi «I Uluslararası Kıbrıs və Balkanlar Türk Ədəbiyyatları Simpoziumu»nda gerçəkləşdi. Həmin ilin oktyabrında İzmirdə «II Uluslararası Kıbrıs və Balkanlar Türk Ədəbiyyatları Simpoziumu» təşkil olundu.
Hər iki simpoziumun çox böyük maraq və qəğbətlə qarşılanmasından Mərkəzi KKTC-də olmaqla Vakf yaratmaq qərara alındı. Kıbrıs və Balkanlara əlavə olaraq «Avropa» sözü də KIBATEKə daxil oldu. Beləliklə Kıbrıs, Balkanlar, Avropa Türk Ədəbiyyatları adı mənimsənildi.
Rumıniyanın Köstəncə şəhərində keçirilən «III Uluslararası Kıbrıs, Balkanlar və Avropa Türk Ədəbiyyatları Simpoziumu»nda Qurumun adındakı Avropa sözünün Avrasiya ilə əvəzlənməsi qərarlaşdırıldı.
5 fevral 2001-ci ildə Lefkoşa şəhərində KIBATEK Vakfı Qurucular toplantısı keçirilərək müvəqqəti Mütəvəlli Heyət seçildi.
27 mart 2001-ci ildə KIBATEK Vakfı 34 qurucu üzv ilə rəsmiləşdirildi.
KIBATEK Vakfına paralel olaraq Mərkəzi Ankara şəhərində olan dərnək statuslu Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumu qurulmuşdur. Başqa ölkələrdə də KIBATEK adı ilə Vakf və dərnək qurulması istiqamətində çalışmalar var.
Hal-hazırda KIBATEKin dünyanın 23 müxtəlif ölkəsində təmsilçilikləri yaradılıb. Təsadüfi deyildir ki, məhz bu möhtşəmliyə görə KIBATEKi Türk Ədəbiyyatı NATOsu adlandırırıq.
KIBATEKin Azərbaycan üzrə təmsilçisi Türk Dünyasının tanınmış aydınlarından biri olan Bakı-Asiya Universitetinin rektoru, Prof. Dr. Cəlil Qəriboğlu Nağıyevdir.
Vakfın mərkəzi ofisi KKTC-nin Qazimağusa şəhərində dövlətin təhsis etdiyi yaraşıqlı bir binada yerləşir. Həmin binada Vakfın 60-100 adamlıq toplantı salonu, kitabxanası və muzeyi var.
Lefkoşa, Qazimağusa və Vadilidə KIBATEK Klubları yaradılmışdır.
Hər il bir (bəzən iki) dəyişik Ölkədə tanınmış elm adamları, araşdırmaçılar, yazarlar və şairlərin qatıldığı «Uluslararası KIBATEK Ədəbiyyat Şöləni» düzənlənir.
Bu günə qədər gerçəkləşdirilən Şölənlər aşağıdakı ölkələrdə olmuşdur: I Şölən-Qazimağusa, KKTC (1998), II Şölən-İzmir, Türkiyə (1998), III Şölən-Köstəncə, Rumıniya (1999), IV Şölən-Struqa, Makedoniya (2000), V Şölən-Türkistan, Qazağıstan (2002), VI Şölən- Ağməsçid, Kırım (2002), VII Şölən-Bakı, Azərbaycan (2003), VIII Şölən-Çanaqqala, Türkiyə (2003), IX Şölən-Buxarest, Rumıniya (2004), X Şölən-Kiyev, Ukrayna (2005).
XI Şölən 23-28 oktyabr 2005-ci il tarixlərində KKTC-də keçiriləcəkdir.
Təşkilatın türk dili, ədəbiyyat və çeviri dərgisi olan «Turnalar» 3 ayda bir nəşr olunur.
30-dək ölkəyə göndərilən dərginin hər sayında 20-dək ölkədən elm adamının, yazıçı və şairlərin əsərlərinə yer ayrılır.
İndiyədək «Turnalar»ın 19 sayı işıq üzü görüb. Dərginin Yayın danışman kurulunda Azərbaycanı Prof. Dr. Elçin İsgəndərzadə təmsil edir.
KIBATEK indiyədək 10-dan çox dəyərli kitabların çapına nail olmuşdur.
2001-ci ildən indiyədək hər il KIBATEK-in Ədəbiyyat ödülləri təqdim olunur. Azərbaycandan xalq yazıçısı Elçin, Prof. Dr. Cəlil Qəriboğulu, Prof. Dr. Elçin İsgəndərzadə bu ödüllə təltif olunub.