Course Image

ŞAHMAR ƏKBƏRZADƏ ADINA BEYNƏLXALQ ƏDƏBİYYAT MÜKAFATININ YENİ LAUREATLARI MƏLUM OLDU

  • Tarix 2024-04-07 05:45:25

Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının bu il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə bu ilki laureatların siyahısı Eli Bar-Yaalom (İsrail), Vahid Əziz, Balayar Sadiq, Rəfail Tağızadə, Əlirza Həsrət və Vüsal Ağadan ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 24 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), İmdat Avşar (Türkiyə), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

“Vektor” BEA tərəfindən indiyə qədər mükafat laureatlarının 91 adda kitabı yayınlanaraq oxuculara hədiyyə edilmişdir.