Course Image

MİLLƏT VƏKİLİ QIZIL MEDALLA TƏLTİF EDİLİB

  • Tarix 2020-06-23 21:42:59

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva “Vektor” BEA-nın prezidenti, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Azərbaycanlı həmsədri Prof. Dr. Elçin İsgəndərzadə ilə görüşüb.

Görüşdə türk dünyasında ədəbi-mədəni, elmi-ictimai əməkdaşlıq istiqamətində dövlət və qeyri-hökumət təşkilatları tərəfindən indiyədək atılmış addımlar və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görülməli işlərə dair fikir mübadiləsi aparılıb.

Xanım Millət vəkili onun “Türk Dünyasına Xidmət Qızıl Medal”ı ilə mükafatlandırılması üçün xüsusi təltif qərarı qəbul etmiş ziyalılara təşəkkürünü çatdırıb.