TÜRKSOY, Qazaxıstan Mədəniyyət Nazirliyi və Qazaxıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Alma-Ata şəhərində ÇİNGİZ AYTMATOV-un 90 illik yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Türkiyənin, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın tanınmış yazarları, elm və mədəniyyət xadimləri iştirak etmişdir. Alma-Ata Dövlət Dram Teatrında keçirilən təntənəli yubiley mərasimində Qazaxıstanın Xalq Şairi M.Şaxanov, Qazaxıstan Yazarlar Birliyinin Sədri Uluqbey Döuletov, Qırğızıstan Milli Elmlər Akademiyasının Vitse prezidenti akademik Abdıldajan Akmataliyev və professor Elçin İsgəndərzadə dünya şöhrətli mütəfəkkir yazarla bağlı xatirələrini danışmış və Ç.Aytmatovun bənzərsiz yaradıcılığının bəşəri əhəmiyyətindən söz açmışlar.