Course Image

ELÇİN İSGƏNDƏRZADƏNİN ALMANİYADA NÖVBƏTİ KİTABI ÇAP OLUNUB

  • Tarix 2020-04-12 16:14:52

Elçin İsgəndərzadənin Almaniyanın Köln şəhərində “Edition Winterwork” nəşriyyatı tərəfindən “Etude of Karabakh” (Qarabağ etüdləri) kitabı ingilis dilində nəfis şəkildə çap edilmişdir. Kitabı yayına Orhan Aras hazırlamışdır. Kitabda şairin Qarabağ mövzusunda yazdığı son şeirləri və 15 poeması yer almışdır. Kitab Almaniyanın Milli Kitabxanasına, eyni zamanda Avstriya, İsveçrə, Fransa, Belçika və Lüksemburqun kitabxanalarına göndərilmişdir.

Kitab Beynəlxalq Frankfurt, Leypsik və İstanbul kitab sərgilərində nümayiş etdirilmişdir.

“Qarabağ etüdləri” Elçin İsgəndərzadənin Almaniyada çap olunmuş ikinci kitabıdır. Şairin bundan öncə 2011-ci ildə Berlində “Ölkələr, insanlar, sevdalar” adlı kitabı çap olunmuşdur.

Xatırladaq ki, professor Elçin İsgəndərzadənin indiyə qədər Rusiya, Almaniya, İngiltərə, Fransa, Yunanıstan, Albaniya, Suriya, Bolqarıstan, Ruminiya, Türkiyə, İran, İraq, Polşa və digər ölkələrdə 35 kitabı çap edilib.