Course Image

ELÇİN İSGƏNDƏRZADƏ YUSUF BALASAQUN MEDALI İLƏ TƏLTİF OLUNDU

  • Tarix 2020-04-12 16:13:13

Fevralın 9-da Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının baş katibi, professor Düsen Kaseinov və Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmirin Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov və universitetin müəllim-tələbə heyəti ilə görüşü keçirilib.

Görüşdə Xalıq Yahudov hər iki qonağı salamlayıb və Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının fəaliyyəti haqqında danışıb.

Daha sonra Düsen Kaseinov və Cihan Özdəmir çıxışlarında rəhbərlik etdikləri qurumların gördüyü işlər haqqında ətraflı məlumat veriblər.

Çıxışlarda Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının türkdilli ölkələrin mədəniyyət  səylərini birləşdirən beynəlxalq təşkilat olduğu və bu təşkilat vasitəsilə türkdilli ədəbiyyatın dünyaya yayılması vurğulanıb.

Görüşün sonunda professor Elçin İsgəndərzadənin ədəbi-bədii və ictimai fəaliyyətinə görə Beynəlxalq Türk Mədəniyyəti “TÜRKSOY” təşkilatının “YUSUF BALASAQUN” diplom və medalına layiq görüldüyü bildirilib və tədbirdə mükafat  Elçin İsgəndərzadəyə təqdim olunub.