Course Image

ÇANAQQALA MÖVZUSUNDA ƏDƏBİ MÜSABİQƏNİN QALİBLƏRİ BƏLLİ OLDU

  • Tarix 2020-04-12 12:12:20

Şanlı tarixin müvəffəq izləri, Çanaqqala qalibiyyətinin yüz illiyi Azərbaycanda da yüksək səviyyədə qeyd olunur. Çeşidli tədbirlər keçirilir, müxtəlif çalışmalara imza atılır. Bu tədbirlər silsiləsinin kulminasiya nöqtəsi Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyi, Kültür və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin  Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə elan elədikləri müsabiqədir ki, sözügedən layihə özünün son mərhələsinə qədəm qoydu. 
Yekun  nəticə olaraq 46 şeir, 11 hekayə və 26 məqalə təqdim olunub. Zəlimxan Yaqubun “Çanaqqala dastanı” adlı əsəri fəxri diploma layiq görülüb.  Bu gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Şeir, hekayə və məqalə olaraq üç istiqamətdə dəyər-ləndirilən yazların qalıbləri diplomla təltif olunublar. 

Onu da qeyd edək ki, beş nəfərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan əsərləri hər nominasiya üzrə on ballıq sistemlə müəyyənləşdirib:

Şeir:
1. Sevinc Nuruqızı “Çanaqqala keçilməz”,
2. Yusif Nəğməkar “Çanaqqala zəfərimiz”,
3. Akif Əhmədgil “Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm”.

Hekayə:
1. Sevinc Mürvətqızı “Yüz il oxunan türkü”,
2. Firudin Qurbanov “Xalı üzərindəki tüfəng”,
3. Leyla Kərimova “Sevgidən üstün zəfər”.

Məqalə:
1. Namiq Əhmədov “Türkün böyük zəfəri, Çanaqqalada nələr gördüm”,
2. Firuzə Nadir “Türkün qürur tarixi”,
3. Elçin Əhmədov “Möhtəşəm Çanaqqala döyüşü”.

Türkiyə Cümhuriyyətinin Bakıdakı səfiri Alpər Coşğun, Kültür və Tanıtma müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Yazıçılar İttifaqının sədri Anar, Rəşad Məcid, Elçin İsgəndərzadə və səfirlik nümayəndələrinin eləcə də rəsmi və qeyri-rəsmi şəxslərin iştirak elədiyi tədbiri müşavir Seyid Əhməd Arslan açıq elan eləyib. Diqqətini çəkən, onu duyğulandıran məqamlardan bəhs edib və bildirib ki, “bu gün Azərbaycanda  hələ də Çanaqqala savaşına aid aynalı tüfəngi qoruyub saxlayanlar var”.

May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək. Eyni zamanda bu təşəbbüsdən bir kitab ərsəyə gələcək ki, bu da yekun nəticə olaraq ədəbi müsabiqənin tarixə bir töhfəsi hesab edilə bilər. Tədbirdə musiqisi azərbaycanlı bəstəkar Sevinc Tofiqqızına aid olan, Kültür və Tanıtma Müşavirliyinin Çanaqqala savaşına həsr elədiyi klipin nümayişi olub.