Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Vakfı olan KIBATEKin yaranma ideyası 1998-ci ilin martında Doğu Ağdəniz Universiteti Kıbrıs Araşdırmaları Mərkəzinin təşkil etdiyi «I Uluslararası Kıbrıs və Balkanlar Türk Ədəbiyyatları Simpoziumu»nda gerçəkləşdi. Həmin ilin oktyabrında İzmirdə «II Uluslararası Kıbrıs və Balkanlar Türk Ədəbiyyatları Simpoziumu» təşkil olundu.
Hər iki simpoziumun çox böyük maraq və qəğbətlə qarşılanmasından Mərkəzi KKTC-də olmaqla Vakf yaratmaq qərara alındı. Kıbrıs və Balkanlara əlavə olaraq «Avropa» sözü də KIBATEKə daxil oldu. Beləliklə Kıbrıs, Balkanlar, Avropa Türk Ədəbiyyatları ...