XƏBƏRLƏR

Course Image

PROFESSOR ELÇİN İSGƏNDƏRZADƏ TÜRKİYƏ YAZARLAR SENDİKASINA ÜZV SEÇİLMİŞDİR  

1-7 may tarixlərində Türkiyənin Antakya şəhərində 3 qitə, 15 ölkə yazar və    şairlərinin iştirakı ilə II Beynəlxalq Çuxurova Ədəbiyyat Festivalı keçirilmişdir. 150-dək söz adamının qatıldıqları bu toplantıda təşkilat komitəsinin üzvü olaraq Azərbaycanı şair, professor Elçin İsgəndərzadə təmsil etmişdir. Beynəlxalq tədbirin açılış mərasimində professor E.İsgəndərzadəyə Türkiyə Yazarlar Sendikasının üzvlük vəsiqəsi təqdim olunmuşdur.  Xatırladaq ki, o, bu ədəbi quruma xalq yazıçısı Anardan sonra seçilmiş ikinci azərbaycanlıdır. 


Ətraflı
  • 2020-04-08 12:48:08












Course Image

“VEKTOR” BEYNƏLXALQ ELM MƏRKƏZİNDƏ ÇİNGİZ AYTMATOVLA GÖRÜŞ

“VEKTOR” Beynəlxalq Elm Mərkəzinin əməkdaşları ilə dünya şöhrətli yazıçı Çingiz Aytmatovla görüş keçirilmişdir.

Görüşü Mərkəzin prezidenti, professor Elçin İsgəndərzadə açaraq Akademiyanın məşhur yazıçı ilə dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açmışdır. O, bildirmişdir ki, Akademiya əməkdaşlarının və şəxsən özünün Belçika, Qırğızıstan və Türkiyədə dəfələrlə Ç.Aytmatovla görüşləri elmi və ədəbi əməkdaşlıq baxımından çox məhsuldar olmuşdur.

Professor Elçin İsgəndərzadə Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Çingiz Aytmatovun «Dostluq» ordeni ilə təltif edilməsini yüksək ...


Ətraflı
  • 2020-04-08 12:30:56












Course Image

«TÜRKÇEM» DƏRGİSİ

Aylıq populyar çocuq dərgisi olan «Türkçem» dərgisi Balkanlarda – Kosovada Türk dilinin qorunub saxlanmasının məhək daşlarından biridir. Dərgi Kosova çocuq kültürü və ədəbiyyatı araşdırma dərnəyinin aylıq yayın orqanıdır. «Türkcəm» dərgisinin sahibi və yazı işləri müdiri «Vektor» Beynəlxalq Elm Mərkəzinin Fəxri doktoru və Kosova təmsilçisi, Türk dünyasının məhşur rəsam-şairi Zeynel Beksaçdır. Dərginin yazı kurulunda Meserret Brina, Nebilə Laçın, İskəndər Muzbeg, Fəyyaz Sağlam, Prof. Dr. Elçin İsgenderzade, Fikri Şişko, Liriye Diço, Şefkat Kaçanik, Taner Güçlütürk, Sadık Koro, Suphi Mazrek kimi dəyərli aydınlar yer almışdır. «Türkcəm»in hər ...


Ətraflı
  • 2020-04-08 12:28:01












Course Image

 «BİR MİLLƏT İKİ DÖVLƏT»İN İKİ QARDAŞ BƏLƏDİYYƏSİ: TARSUS-XƏTAİ

Ənənəvi olaraq düz altı ildir ki, Türk millətinin böyük klassiklərindən biri olan Qaracaoğlanın vətəni, Türkiyə Cumhuriyyətinin ən böyük ilçəsi olan Tarsusda Beynəlxalq Qaracaoğlan Şeir Şöləni keçirilir. Hər il dünyanın iyirmiyədək ölkəsindən və Türkiyənin müxtəlif vilayətlərindən bu tədbirə dəvət olunan görkəmli şairlər və sənət adamları arasında Azərbaycana xüsusi diqqət göstərilir.

Bütün Tarsus xalqının böyük sevgi və həyəcanla qatıldığı bu ilki VI. Uluslararası Qaracaoğlan Şeir Şöləni daha bir özəlliyi ilə tarixə və yaddaşlara həkk olundu. Uluslararası ...


Ətraflı
  • 2020-04-08 12:17:25