XƏBƏRLƏR

Course Image

TÜRKİYƏLİ TƏLƏBƏ E.İSGƏNDƏRZADƏNİN YARADICILIĞINA MÜRACİƏT ETDİ

Türkiyənin Əskişəhər Osmangazi Universitetinin Fən Ədəbiyyat fakültəsinin sonuncu kurs tələbəsi Şenay Demirtaşın diplom işinin mövzusu «Elçin İsgəndərzadənin «Pəncərə möcüzəsi» kitabı» olmuşdur.

 Dövlət İmtahan Komissiyasına müvəffəqiyyətlə müdafiə olunmuş buraxılış işi «Vektor» tərəfindən çap edilmişdir.


Ətraflı
  • 2020-04-08 13:28:11












Course Image

PROFESSOR ELÇİN İSGƏNDƏRZADƏNİN İRAQIN KƏRKÜK ŞƏHƏRİNDƏ KİTABI ÇAP OLUNUB

Bu günlərdə «Vek­tor» Beynəlxalq Elm Mərkə­zinin prezide­nti professor Elçin İsgəndər­zadənin İra­qın Kərkük şəhərində ərəb dilində «Kön­lümün türkü­ləri» adlı şeir kitabı çap olu­nub.

Kitabı ərəb dilinə Türk­mən Qardaşlıq Oca­ğı­nın sədri, İraq Ədəbiy­yatçılar Birliyinin üzvü, şair Dr. Faruk Faik Köprü­lü tərcümə edib.

Kitaba yazdığı ön sözdə F. Köprülü Azərbaycanlı şairin yaradıcılığını geniş təhlil edərək onun şeirlərinin Qarabağ göynəltisinin Türkmənelində yaşanan son illərin məşəqqətləri ilə eyniliyindən bəhs edib.

Kitaba şairin müxtəlif ...


Ətraflı
  • 2020-04-08 13:07:59












Course Image

Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbİyyat Mükafatı təqdİm olundu

 13 dekabrda «Vektor» Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına  Beynəlxalq Ədəbiyyat Mükafatının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə əvvəlcə «Vektor» tərəfindən yayınlanmış ötənilki laureatlar – Orxan Arasın «Son cənnət» romanı, Adil Şirinin «Laçın şikəstəsi» şeirlər və poemalar kitabı, «Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatlarının şeir antologiyası» kitabı təqdim olunmuşdur.

Mükafat komissiyasının qərarı ilə bu il Şahmar Əkbərzadə adına  Beynəlxalq Ədəbiyyat Mükafatı Branko Svetkoski (Makedoniya), Elçin Hüseynbəyli və Sevinc Mürvətqızına təqdim edilmişdir. 


Ətraflı
  • 2020-04-08 12:48:58












Course Image

STRUQA BEYNƏLXALQ POEZİYA FESTİVALINA DƏVƏT

Professor Elçin İsgəndərzadə 20-25 avqust tarixlərində Makedoniyanın Skopye və Struqa şəhərlərində keçiriləcək 47-ci Struqa Beynəlxalq Poeziya Festivalına dəvət alıb.

Dəvət məktubunu imzalayan 47-ci Struqa Beynəlxalq Poeziya Festivalının prezidenti İljaz Osmani professor Elçin İsgəndərzadəyə dünya poeziyasının gəlişməsinə göstərdiyi xidmətlər üçün dərin təşəkkürlərini bildirərək, bu xidmətlərə görə onu «Dünya Şairlər Ensiklopediyası»na daxil etdiklərini qeyd edib.

Xatırladaq ki, Struqa Beynəlxalq Poeziya Festivalı 1962 - ci ildə təsis olunmaqla bu gün dünyada fəaliyyət göstərən bütün poeziya festivallarının ...


Ətraflı
  • 2020-04-08 12:48:22