7-14 iyul 2010-cu il tarixlərində Rumıniyanın Buxarest və Kurtea de Argeş şəhərlərində “Orient-Occident” (“Şərq-Qərb”) Beynəlxalq Şeir Akademiyası tərəfindən 14-cü Dünya Şeir Festivalı keçirilmişdir. Azərbaycanlı şairlərin ilk dəfə iştirak etdiyi bu festivalda ölkəmizi professor Elçin İsgəndərzadə təmsil etmişdir.
Əlliyədək ölkənin, o cümlədən ABŞ, Kuba, Rusiya, Türkiyə, Yunanıstan, Lüksemburq, Fransa, Almaniya, İspaniya, Belçika, Meksika və digər ölkələrin şairlərinin iştirak etdiyi bu festivalda hər il dünya poeziyasına böyük xidmətlər göstərmiş bir nəfər şairə Beynəlxalq jürinin qərarı ilə “The ...
Bu günlərdə KIBATEK Təsisçilərindən və ən fəal üzvlərindən biri, Azərbaycanın yaxın dostu, VEKTOR BEM Fəxri Doktoru Dr. Şaban M. Kalkan tərəfindən “KIBATEK Uluslararası çeviri şiir antolojisi” kitabı yayınlanmışdır. Uzun illərin böyük zəhməti sayəsində işıq üzü görən bu dəyərli kitab münasibətilə əziz dostumuzu təbrik edirik.
03 iyul 2010-cu il tarixində Bursa Yıldırım Bələdiyyəsinin önündə Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının təntənəli açılış mərasimi oldu. Diplomatik korpus nümayəndələri, Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskin, Prof. Dr. Elçin İsgəndərzadə, Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyi başqanı İbrahim Demirtaş, Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət və çox sayda ictimai-siyasi xadimlərin qatılımı ilə gerçəkləşən tədbirdə öncə mehtər marşları səsləndi, ardından da rəsmi çıxışlar edilməklə yeddi bağımsız Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs ...
2008-ci ildə Türk dünyasının və dünya ədəbiyyatının lider yazarlarından biri olan Çingiz Aytmatovun vəfatından sonra böyük yazıçının xatirəsini əbədiləşdirmək məqsədilə Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumu Başkanı Prof. Dr. Sadık Kemal Turalın təşəbbüsü ilə Qaziantep Sənət Topluluğu tərəfindən Beynəlxalq Aytmatov Ədəbiyyat mükafatı təsis edilmişdir. Mükafatın hər il Türk Dünyası ədəbiyyatına böyük xidmətləri olan bir nəfərə təqdim olunması qərara alınıb.
6 mart 2009-cu il tarixdə Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumunun toplantı salonunda Çingiz Aytmatov adına ...