«VEKTOR» Beynəlxalq Elmlər Akademiyasının təsisçisi «VEKTOR» Beynəlxalq Elm Mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 10 iyun 1994-cü ildə (Şəhadətnamə № 11071) Dövlət qeydiyyatına alınıb.

Mərkəzin nəzdində «VEKTOR» Beynəlxalq Elmlər Akademiyasından başqa Şahmar Əkbərzadə adına Beynəlxalq Mədəni Əlaqələr Vəqfi, «VEKTOR» Nəşrlər Evi, «BAYATI» Beynəlxalq sənət dərgisi, «VEKTOR» Beynəlxalq elm dərgisi və digər qurumlar fəaliyyət göstərir.

Yarandığı gündən indiyədək «VEKTOR» dünyanın 30-dan çox ölkəsi ilə elmi və mədəni əməkdaşlığa nail olmuş və həmin ölkələrin əksər Elmi-tədqiqat institutları, Universitetləri, Akademiyaları, Bioqrafik mərkəzləri, Vəqfləri və digər qurumları ilə qarşılıqlı əlaqələr yaratmış və bu əlaqələrin daha da genişləndirilməsi Akademiyanın başlıca vəzifələrindən biridir.

«VEKTOR»un indiyədək bir çox ölkələrdə, o cümlədən Türkiyə (Prof. Dr. Hayrettin İvgin), İngiltərə (Dr. Helene Butler), Fransa (Prof. Dr. Klodin Elf), ABŞ (Prof. Dr. Riçard Xartays), Almaniya (Dr. Orhan Aras), Belçika (Prof. Dr. Con Devreker), İtaliya (Prof. Dr. Elena Manfred), Rumıniya (Dr. Tamer Atalay), İsveçrə (Prof. Dr. Mehmet Şükrü Güzel), Hollandiya (Dr. Murat Tuncel), İsveç (Prof. Dr. Karl Fredrik Qildey), İran (Prof. Dr. Əli Daşqın), Rusiya (Dr. Maksim Zamşev), Suriya (Prof. Dr. Ali Akle Orsan), KKTC (Dr. İsmail Bozqurt), Çin (Prof. Dr. Junq Zinfe) və s. təmsilçilikləri yaradılmışdır.

Akademiyanın indiyədək həyata keçirdiyi 20-yə yaxın Beynəlxalq layihələri, o cümlədən «Azərbaycanın 100 görkəmli alimi», «Azərbaycanın 100 tanınmış həkimi», «Azərbaycanın tanınmış xanımları» «Azərbaycanın tanınmış hüquqşünasları», «Azərbaycanın tanınmış alimləri», «Azərbaycanın gənc alimləri», «Azərbaycanın tanınmış maarifçiləri», «XXI əsr Azərbaycan neftçiləri», «XXI əsr Azərbaycan ziyalıları», «XXI əsr Azərbaycan həkimləri» və digər Beynəlxalq layihələr respublika ictimaiyyəti və xarici bioqrafik mərkəzlər tərəfindən dərin rəğbətlə qarşılanıb.

Xeyriyyəçilik missiyasını ümdə vəzifə hesab edən «VEKTOR» indiyədək dünyanın müxtəlif ölkələrində yaşayan 700-dən çox istedadlı yazarların və alimlərin kitablarını öz vəsaiti hesabına çap edərək, müəlliflərə və oxuculara hədiyyə edib.

«VEKTOR» 2000-ci ildə Şahmar Əkbərzadə və Xudu Məmmədov adına illik Beynəlxalq mükafatlar təsis edib. Mükafatlar hər il Azərbaycanın və dünyanın tanınmış elm xadimlərinə, şairlərinə və ədəbiyyatşünaslarına təqdim edilir. Hər il mükafat laureatlarının kitabları «VEKTOR» tərəfindən çap edilir.

Akademiya 2002-ci ildən «VEKTOR» beynəlxalq elmi-populyar və 2003-cü ildən «Bayatı» Beynəlxalq elmi-sənət dərgilərini nəşr edir. 2003-cü ildən «VEKTOR» Beynəlxalq Nəşrlər Evi fəaliyyət göstərir.

Dünyanın 20-dək ölkəsindən 100 nəfərdən çox tanınmış dövlət adamları, ölkə başçıları, ictimai-siyasi, elmi və ədəbi xadimlər «VEKTOR»un Fəxri Doktoru, Fəxri Professoru, Akademik Üzvü adlarına layiq görülüb və Beynəlxalq Mükafatlarla təltif edilib.

 

“VEKTOR” BEA-nın FƏXRİ RƏYASƏT HEYƏTİ ÜZVLƏRİ:

Akademik Arif PAŞAYEV

Akademik Xoşbəxt YUSİFZADƏ

Akademik Ziyad SƏMƏDZADƏ

Akademik İsa HƏBİBBƏYLİ

Akademik Vaqif ABBASOV

Akademik Yaqub MAHMUDOV

Akademik Cəmil ƏLİYEV

Akademik Nizami CƏFƏROV

 Akademik Ömər ELDAROV

 Akademik Qərib MƏMMƏDOV   

 Akademik Rafael HÜSEYNOV

Akademik Muxtar İMANOV

 Akademik Nazim MƏMMƏDOV

Akademik Nailə VƏLİXANLI

Professor Kamran İMANOV

Xalq yazıçısı  ANAR

Xalq şairi Nəriman HƏSƏNZADƏ

Millət vəkili Qənirə PAŞAYEVA

 

VEKTOR BEA-nın ELMİ ŞURASI

professor Elçin İSGƏNDƏRZADƏ - sədr

Əkbər ƏKBƏRZADƏsədr müavini

Şükufə ƏHMƏDLİelmi katib

professor Sabir RÜSTƏMXANLI - üzv

professor Əvəz ƏLƏKBƏROV - üzv

professor Azər TURAN - üzv

professor Paşa QƏLBİNUR - üzv

professor Məhbubə  VƏLİYEVA - üzv

Xalq rəssamı Sakit MƏMMƏDOV - üzv

professor Fərman ZEYNALOV - üzv

professor Hacan HACISOY - üzv

professor Azadxan ADIGÖZƏLOV - üzv

professor Əyyub ƏYYUBOV - üzv

professor  Şahlar BABAYEV - üzv

professor  Zabit ASLANOV - üzv

professor Bayram BAĞIROV - üzv

professor Hüseynağa QURBANOV - üzv

 

XƏBƏRLƏR

Ətraflı

World-edu
Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatı sahiblərinə təqdim olundu

2023-06-08 08:38:02


Ətraflı

World-edu
KOREYALI TÜRKOLOQ VEKTOR BEA-nın FƏXRİ DOKTORU SEÇİLİB

2021-01-16 21:10:15


Ətraflı

World-edu
MİLLƏT VƏKİLİ QIZIL MEDALLA TƏLTİF EDİLİB

2020-06-23 21:42:59


Ətraflı

YAYINLAR

Ətraflı

FOTOQALEREYA


Ətraflı

KKTC Cumhurbaşkanı Rauf Denktaşla görüş. Lefkoşa, 2004

Gallery Image

İhsan Doğramacının 90 illik yubileyində. Ankara, 2005

Gallery Image

Bolqarıstan Prezidenti Georgiy Pırvanovla. Sofiya, 2008

Gallery Image

Çingiz Aytmatova «Türk dünyasına xidmət» Qızıl medalı təqdim olunur. Brüssel, 2006

Gallery Image